Mədəniyyət

Taleh Yüzbəyov: “Kino sahəsində hüquqlarımı qoruyan qurum yoxdur”

Sharing is caring!


“Hüquqlarımı qoruyan bir qurum yoxdur”.

Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu çərçivəsində “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” panelində müzakirə zamanı rejissor Taleh Yüzbəyov deyib.

O qeyd edib ki, təxminən iki il öncə kino adamlarının hüquqlarının qorunması üçün assosiasiya yaradılmasını təklif ediblər:

“Təklif etsək də, bu məsələ nəticə vermədi. Bu sahədə özümü yetim kimi hiss edirəm. Çünki hüquqlarımı qoruyan bir qurum yoxdur. Bizə kömək edilsin, bu məsələ öz həllini tapsın”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir