Kriminal

Çayxanada mübahisə bıçaqlanma ilə bitib

Sharing is caring!


Saatlı rayon sakini çayxanada həmkəndlisini bıçaqlayıb.

“Report” xəbər verir ki, hadisə Əlisoltanlı kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Məhərrəmov Baloğlan Vaqif oğlu çayxanada aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 1982-ci il təvəllüdlü Qasımov Rəvan Əlipaşa oğluna bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Baloğlan Məhərrəmov şübhəli şəxs qismində tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir