XəbərAl.az xəbər verir ki, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi 6-7 mart 2020-ci il tarixlərində “XXI əsr: ailə, qadın və uşaqlarla əlaqəli psixoloji problemlər” mövzusunda beynəlxalq elmi konfransı həyata keçirəcəkdir. Dünyanın, eləcə də Azərbaycanın bir sıra güclü psixoloq, loqoped və mütəxəssislərinin iştirakı nəzərdə tutulan konfrasda müvafiq sahənin bir sıra aktual məsələlərinə toxunulacaq, nəzəri və təcrübi müzakirələr aparılacaq. Konfransın keçirilməsində əsas məqsəd Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilmiş və bu sahədə davamlı islahatlar aparılmışdır. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir. Qeyd edək ki, ölkə başçısının Sərəncamları ilə təsdiq edilən Gələcəyə Baxış İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən, eləcə də Strateji Yol Xəritəsindən irəli gələrək, ailə institutunun daha da gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların, uşaqların hüquqlarının müdafiəsi üçün geniş imkanlar yaranmışdır. Konfransda yerli və beynəlxalq psixoloqlarla birgə bu gün ailələrdə yaranan psixoloji problemlər müzakirə ediləcək və onların həlli yolları konfrans iştirakçılarına aşılanacaqdır.
Oxşar Xəbərlər
Ermənilər hərbi musiqini belə Türkiyə filmindən oğurlayırlar – AUDİO
Ermənistan Müdafiə Nazirliyinin təbliğat videolarında istifadə etdiyi musiqi, əslində, Türkiyəyə məxsus hərbi filmdən götürülüb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Ermənistanın müdafiə qurumunun hərbçiləri ruhlandırmaq üçün hazırladıqları videolarda səsləndirilən musiqi “Kubilay” filmindən götürülüb. Müəllifi Mustafa Yazıcıoğlu olan musiqi əsərinin adı “Cəbhədə savaş”dır.
Aygün Kazımova elə videosunu yaydı ki… – “Mənim kralım”
Xalq artisti Aygün Kazımova Rusiyanın məşhur müğənnisi Flipp Kirkorovu ad günü münasibəti ilə təbrik edib. Xəbəral.az xəbər verir ki, Aygün Kazımova İnstaqramda Filipp Kirkorovla videosunu paylaşaraq “Ad gününüz mübarək, mənim kralım. Hər zaman xoşbəxt olun. Sizi təbrik edirəm” deyə qeyd edib. Filipp Kirkorov isə Aygün Kazımovaya “Sizi sevirəm, hörmət edirəm. Mənim qəlbimin divasısan, əziz Aygün” […]
Nizami rayonunda qanunsuz obyekt tikilir: Sakinlər şikayətçidirlər – VİDEO
Ərazidə qanunsuz tikinti işlərinin aparıldığı iddia edilir. Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Nizami rayonu Qara Qarayev pr. 229 ünvanındandır. Şikayətçilərin sözlərinə görə, buradakı oboy satışı ilə məşğul olan sahibkar bir neçə ay öncə obyekti genişləndirmək məqsədilə ərazidə söküntü işlərinə başlayıb. Hətta bir neçə gün əvvəl sakinlərin daimi istifadə etdiyi pilləkənləri də sökməyə çalışıblar. Məsələni […]