Mədəniyyət

Şuşa Şəhər Dövlət Qoruğundan “Şərq musiqisinin peyğəmbəri” haqqında – VİDEO

Sharing is caring!


Şuşa Şəhər Dövlət Qoruğu “Şərq musiqisinin peyğəmbəri” adlandırılan xanəndə, bəstəkar Cabbar Qaryağdıoğlu haqqında video hazırlayıb.

Videoda bəstəkarın həyat və yaradıcılıq yolu, fəaliyyəti haqqında məlumatlar yer alıb.

Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Qafqazda ən yaxşı xalq ifaçısı şöhrətini qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir