Siyasət

Prezident: “Azərbaycan Avropanın enerji bazarına qaz ixracını artırıb”

Sharing is caring!

“Azərbaycan Avropanın enerji bazarına qaz ixracını artırıb”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Münhendə Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer ilə görüşündə bildirib.

Dövlətimizin başçısı, həmçinin ölkəmizin Xəzər dənizinin Azərbaycan sektorunda və quruda böyük bərpa olunan enerji potensialına malik olduğunu vurğulayıb.

Prezident İlham Əliyev bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini diqqətə çatdırıb, hazırda beynəlxalq tərəfdaş şirkətlərlə 25 giqavatadək bərpa olunan enerji istehsalı ilə bağlı müxtəlif sənədlərin imzalandığını, bu istiqamətdə işlərin aparıldığını vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir