Manşetüstü Mədəniyyət

Məşhur amerikalı aktyor vəfat etdi

Amerikalı aktyor Sem Lloyd 56 yaşında dünyasını dəyişib.

Xəbəral.az “Variety”yə istinadən xəbər verir ki, hələ ötən ilin yanvar ayında onda xərçəng aşkarlanmışdı.

Məlumata görə, aktyor diaqnoz barədə ilk uşağının doğulmasından bir neçə həftə sonra öyrənib.

Qeyd edək ki, ilk növbədə, “Scrubs” serialından tanınan S.Lloyd həmçinin “Utanmazlar”, “Fədakar evdar qadınlar”, “Amerikan ailə”, “Saynfeld” seriallarında oynadığı rollarla məşhurdur. O, həmçinin istedadlı musiqiçi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir