Kriminal

Nalayiq videoya görə əmisi oğlunu öldürən şəxsə hökm oxundu – VİDEO

Sharing is caring!

2019-cu il martın 1-də Kamil Səttarlı əmisi oğlu Emin Babaverdiyevi qətlə yetirib. Hadisə Yasamal rayonu, M.Xiyabani küçəsi 33 ünvanında, gözəllik salonunun qarşısında baş verib. 

İstintaqla məlum olub ki, Kamil Səttarlı qohumu Emin Babaverdiyevin bir qızla qeyri-təbii şəkildə seksual xarakterli hərəkətlər etməsi ilə bağlı videogörüntünün olmasını bilib, ona bununla əlaqədar iradını bildirib. Buna görə Emin onun telefonuna mütəmadi, özünün və ailəsinin ünvanına nalayiq məzmunlu mesajlar göndərib. 

Qisas məqsədilə martın 1-i saat 14 radələrində Kamil bıçaqla Eminə ardıcıl zərbələr endirməklə onu öldürüb. 

Kamil Səttarlı bildirib ki, 2019-cu il fevralın əvvəllərində əmisi oğlu Emin Babaverdiyevin Yeni Yasamalda yerləşən “PlayStation” klubda, kabinetlərin birində naməlum qızla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri orada işləyən Kənan adlı şəxsdən əldə edib. Həmin görüntüləri izləyərkən qohum kimi bundan utanıb. Bu barədə özündən soruşanda Emin elə bir hal olmadığını deyib. Bunu sübut etmək üçün Kamil görüntülərin şəklini çəkib Eminə göndərib. Qohumu həmin şəkilləri gördükdə belə hadisənin olduğunu etiraf edib və qızla intim əlaqədə olarkən özündə olmadığını söyləyib.

Bir neçə gündən sonra Emin Kamilə yazaraq, onun ana-bacısını söyüb. Qohumunun onu niyə söydüyünü anlamayıb, Eminə onu vuracağını bildirib. Buna baxmayaraq, dəfələrlə ona eyni məzmunlu, təhqiramiz mesajlar göndərdiyindən Emini axtarmağa başlayıb. Evdən götürdüyü mətbəx bıçağını bu məqsədlə üzərində gəzdirib. Axırıncı dəfə Emin fevralın 22-də ona yazaraq ailəsini təhqir edib. Martın 1-i günorta yaşadığı ərazidə, bərbərxananın qarşısından keçəndə Eminin orada olduğunu görüb. Onun çıxmasını gözləyib. Gözəllik salonunun qarşısından keçərkən, arxadan yaxınlaşıb, bıçaqla döş qəfəsinə üç zərbə endirib. Zərbələrdən ikisinin Eminə dəydiyini hiss edib, gözlərinə baxa-baxa onu söyüb və dərhal oradan qaçıb, yaşadığı evə gəlib.

Ata-anasına Emini vurduğunu deyib və evdən beş manat pul götürüb, gedib. Ailəsi təslim olmağını məsləhət görsə də, onlara başqa yerə gedəcəyini söyləyib. Taksi ilə Xırdalana gedib, uzaq qohumlarının evində bir müddət gizlənmək istəyib. Lakin yolda olarkən polis əməkdaşı ona zəng edib, harada olduğunu soruşaraq, ona Eminin öldüyünü bildirib. Artıq gizlənməyin mənasız olduğunu anlayıb. Məhəlləyə çatanda polis əməkdaşları tərəfindən saxlanılıb, həyətə tulladığı bıçağı tapıb, onlara təqdim edib. Məhkəmə prosesində Kamil Səttarlı ittiham üzrə özünü təqsirli bilib. Amma qeyd edib ki, törətdiyi cinayət əməlindən peşman deyil. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Səttarlı 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir