Cəmiyyət

Lerikdə əhalinin basdırdığı işıq dirəkləri təhlükə saçır – AÇIQLAMA

Sharing is caring!


Ötən gün Lerik rayonunun Qələbin kəndində elektik cərəyanı vurması nəticəsində iribuynuzlu heyvanlar tələf olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilib ki, hadisə nəticəsində iki kənd sakininə ümumilikdə 5000 manata yaxın ziyan dəyib.

Məsələnin maraqlı tərəfi isə budur ki, hadisənin  baş verməsinə səbəb yerli əhali tərəfindən kustar üsulla basdırılan ağac işıq dirəklərinin çürüməsi olub. Kənd sakinləri qeyd ediblər ki, əvvəllər məcburən istifadə edilən sovetdən qalma dirəklər sıradan çıxdığına görə, yerinə adi ağac parçalar basdırıblar. İndi isə həmin ağac dirəklər də çürüyüb və ətrafa təhlükə saçır.

Qələbin sakinləri “Azərişığ”a müraciət edərək, problemlə yerində maraqlanmağı, aradan qaldırmağı istəyiblər. Onlar növbəti qurbanın mal-qara deyil, sakinlər, uşaqlar olmasından narahatdırlar.

Məsələ ilə əlaqədar “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həqiqətən də baş vermiş hadisə nəticəsində kəndin iki sakinə ziyan dəyib, hərəsinin bir heyvanı ölüb. Mətbuat katibinin sözlərinə görə, onlara dəymiş zərərin ödənilməsi ilə bağlı razılığa gəlinib, yardım ediləcək:

“Hadisəyə səbəb kənd sakinlərinin kustar üsulla çəkdiyi dayaqlar olub. Dərhal göstəriş verildi və həmin kənddə elektrik xətlərinin dayaqları yenilənir.

Son il yarım müddət ərzində Lerik rayonunun 15-ə qədər kəndində elektrik xətti yenidən qurulub, transformator, sayğaclar, dayaqlar – hamısı tamamilə yenilənib. Bu kəndin də elektrik təminatı tamamilə yenidən qurulacaq. Proses davam edir”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir