Cəmiyyət

20 şagirdi ali məktəbə daxil olan müəllim: “Öz uşağıma ayırmağa vaxtım olmur” – FOTO

Sharing is caring!

“Mənim bir övladım var, amma vaxtımın çoxunu məktəbdəki şagirdlərə ayırıram. Bəzən evdə də narahatlıq olur ki, “öz uşağına ayırmağa vaxtın olmur”. Deyirəm bu evdədir, amma mənim ilk vəzifəm məktəbdəki övladlarımın təhsilidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Bakıda 20 şagirdi ali məktəbə daxil olan 314 nömrəli məktəbin müəllimi Asif Salmanov deyib. Asif Salmanov bildirib ki, onun sevincinin həddi-hüdudu yoxdur:

“20 şagirdim ali məktəbə daxil olub. Mən onların həm müəllimləri, həm də sinif rəhbərləri idim. Həmin sinif mənə veriləndə qarşıma məqsəd qoydum ki, bizim hədəfimiz ali məktəblərdir. Mən bunu bütün sinfin beyinlərinə yazdırıram. Deyirəm ki, biz hamımız tələbə olmalıyıq. Hətta uşaqlardan biri çox zəif bal toplamışdı. Bütün şagirdlər ona deyirdilər ki, “necə oldu ki, sən belə məsuliyyətsizlik etdin, biz sinif olaraq qarşımıza ali məktəbə daxil olmağı məqsəd qoymuşuq”. Həmin vaxtda bütün sinif o şagirdə dəstək verdi. İkinci imtahanda artıq o da yüksək nəticə göstərdi və ali məktəbdə qəbul oldu, sağ olsunlar. Həmin sinfə üç gün müəllim girməsəydi, onlardan səs çıxmazdı, yəni bu qədər tərbiyəli idilər. Həyatımda belə bir sinif görməmişdim”.

Asif Salmanov hesab ediir ki, müəllimlərin bütün istəyi şagirdlərinin ali məktəbə daxil olmasıdır:

“Bu mənim sinif rəhbərləri olduğum ikinci sinifdir. Birinci dəfə 2019-cu ildə sinif rəhbəri olmuşam, o zaman da 22 şagirdim ali məktəbə daxil olub. İndi 3-cü dəfə sinif rəhbəri olacam. Qarşımda yenə hədəf var, gözləyirəm ki, sentyabrda sevimli şagirdlərimi görüm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir