Kriminal

Paytaxtda sevgilisini qətlə yetirən şəxsə ağır cəza: Tanış olduqdan 22 gün sonra öldürübmüş

Sharing is caring!

Bakıda sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Samir Sadıqova hökm oxunub.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1992-ci il təvəllüdlü S.Sadıqov 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin fevralın 23-də Bakının Qala qəsəbəsi, Xaşaxuna bağları yaşayış massivində qeydə alınıb.

Məhkəmə zamanı təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisə Nərgiz Quliyevanın (Ad və soyad şərtidir) evində baş verib. Belə ki, Samir Nərgizdən su qızdırıb paltarlarını yumasını istəyib. Bu zaman Nərgiz “Mən sənin üçün paltaryuyan deyiləm” deyərək Samiri təhqir edib. Bundan qəzəblənən Samir isə mətbəxdən bıçağı götürərək onu qətlə yetirib.

O da məlum olub ki, Samir fevralın 1-də, yəni hadisədən 22 gün öncə Xaşaxuna bağlar massivində yerləşən fermada işə düzəlib və qadınla tanışlıqları həmin gündən başlayıb. Belə ki, Nərgiz də həmin fermada sağıcı olaraq çalışıb.

Qeyd edək ki, Samir sevgilisini qətlə yetirdikdən sonra tutulacağını bildiyi üçün taksi ilə Bərdəyə gedib. Polis əməkdaşları onu əmisinin evində yatılı olduğu vaxt saxlayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir