Kriminal

DİN-dən sosial şəbəkələrdəki şantaj halları ilə bağlı MƏLUMAT: 1000 avro tələb

Sharing is caring!

“Sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları var”.

“Report”un xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, bununla bağlı artıq bir neçə şəxs müraciət edib: “Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik.

Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 avro tələb olunur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir