Siyasət

Brayza: “Silahlı insidentlər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasının əhəmiyyətini göstərir”

Sharing is caring!


“Silahlı insidentlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının əhəmiyyətini göstərir”.

Bunu “Report”a açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına, həmçinin iki ölkə liderləri razılaşaraq sülh sazişi imzalanana qədər belə insidentlərin davam edəcəyini gözləmək olar”, – o vurğulayıb.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Ermənistan ordusunun bölmələri Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, minaatanlardan, artilleriya qurğularından və PUA-lardan atəşə tutub. Nəticədə 3 hərbçimiz yaralanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir