Kriminal

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi “iş başında” yaxalanır- RƏZALƏT

Məlumdur ki, dövlət qulluqçuları qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarının tələblərini rəhbər tutmaqla bərabər, dövlət qulluqçularının etik davranış qaydaları haqqında Qanunun müddəalarına əməl etməyə də borcludurlar.

Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu, dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini, həmçinin onlara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Bu belə olduğu halda görəsən ölkəmizdə hər bir dövlət qulluqçusu, Qanunun bu yöndə tələblərinə əməl edirmi? Redaksiyamıza daxil olan məlumatlardan, əldə olunan video-çəkilişdən bəlli olur ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Kəlbəcər, Göygöl və Samux rayonları üzrə nümayəndəsi vəzifəsini daşıyan Rafiq Əliyev adlı şəxs, nə dövlət qulluqçularının etik davranış qaydaları haqqında Qanunun tələblərini rəhbər tutur, nə də ki, bir kimsəni “priznavat edir”. Çünki, adı çəkilən bu şəxs bir kimsədən ehtiyat etsəydi, o halda o, daşıdığı vəzifəsinin məsuliyyətini dərk edib, hər cür hoqqalardan çıxmazdı. Dolaşan söz-söhbətlərə görə Rafiq Əliyev, indiyə kimi o qədər olmazın hoqqalara qol qoyub ki, hətta o, qaçqınlar üçün inşa olunmuş binadakı mənzillərin birində tabeçiliyində çalışan xanımla “sevgi macəraları” yaşamaqdan da ehtiyat etmir. Məsələn, adı çəkilən bu şəxs 21 oktyabr 2021-ci il tarixdə, təqribən axşam saatlarında tabeçiliyində çalışan gənc xanımla, qaçqınlar üçün inşa olunmuş binanın mənzillərinin birində “görüşərkən” qonşular onu görür və Rafiq Əliyevin atdığı addımla bağlı ərazi üzrə polisə məlumat verirlər. Çox keçmir ki, bu şəxs polis əməkdaşları tərəfindən “iş başında” yaxalanır. Bu cür addımın atılması həm rüsvayçılıqdır, həm də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin adına gətirilən utanc hissidir. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra Komitənin sədri cənab Rövşən Rzayev, tabeçiliyində çalışan Rafiq Əliyevə bir neçə sual ünvanlayacaq və bu şəxsin əməllərinin araşdırılması yöndə, aidiyyatı üzrə lazımi tapşırığını da verəcək.

Mövzuya qayıdacağıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir