Kriminal

Bakıda oğlunu və gəlinini baltalayan şəxs yenidən hakim qarşısında

Sharing is caring!


Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Mehti İsmayılovun barəsindəki hökmdən kassasiya şikayəti verilib. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehti İsmayılov 14 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsində onun şikayətini təmin olunmayıb.

İttihama görə, hadisə Bakının Maştağa qəsəbəsində qeydə alınıb.

Mehti İsmayılov hadisə zamanı oğlu Rəşadın başından balta ilə zərbə vurub, gəlini Cəmalənin üzünün bir neçə yerində balta zərbələrindən çapıq yaranıb, sol budundan bir neçə yerdən kəsik xəsarətləri alıb.

O, məhkəmədə ifadə verərək oğlu və gəlininin onun arvadını dəfələrlə döyməsindən bezdiyini, buna görə də onların hər ikisini öldürmək istədiyini bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir