Kriminal

Azərbaycanda bloqer məktəbliyə şikayət edib? – DİN araşdırma aparır

Sharing is caring!


Bakıda valideyn övladının sinif yoldaşının anası tərəfindən zorakılığa məruz qaldığını deyir. 

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Seymur Musayev müraciət edib.

Onun sözlərinə görə, övladı ilə 7-ci sinif şagirdi arasında mübahisə düşüb: “Uşaqdırlar, bu kimi hallar yaşana bilər. Amma digər uşağın valideyninin haqqı yoxdur ki, gəlib mənim övladıma qarşı məktəbdə zorakılıq etsin”. 

Atanın iddiasına əsasən, övladı ilə mübahisəli olan uşağın anası məktəbə gələrək onun oğlunu divara itələyib: “Uşaqların arasında mübahisə yaranıb. Lakin uşağın anası mənim oğlumu vuraraq hədələyib. İndi mənim övladım qorxduğu üçün məktəbə getmək istəmir”.

Valideyn qeyd edir ki, tərəflər arasındakı qalmaqala müəllimlər müdaxilə edərək aranı sakitləşdiriblər.

S.Musayev bildirib ki, Sona Qulizadə adlı həmin valideyn özünü bloqer kimi təqdim edərək hədə-qorxu gəlib: “İstədim ki, gəlib övladımdan üzr istəsin. Amma o, mənə dedi ki, kimə şikayət edirsən et, mən bloqerəm”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, şikayət barədə polisə müraciət olunub. Hazırda ərazi üzrə polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir