İdman

“Qarabağ” Almaniya klubu ilə matç üçün sifariş ərizəsini təqdim etdi

Sharing is caring!


“Qarabağ” klubu Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniya təmsilçisi “Bayer 04” ilə keçiriləcək matç üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Oxu.Az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov 22 oyunçunun adını iştirak ərizəsinə daxil edib.

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov;

Müdafiəçilər: Mateus Silva, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev;

Yarımmüdafiəçilər: Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Redon Cica, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade;

Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Nəriman Axundzadə;

Qeyd edək ki, “Qarabağ” “Bayer 04” ilə martın 7-də Bakıda, 14-də isə Leverkuzendə qarşılaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir