Kriminal

Şirvanda oğurluq edən iki nəfər saxlanılıb – FOTO

Sharing is caring!


Şirvanda oğurluq edən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Kamal Göyüşov və Zaur Pənahov saxlanılıblar.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq faktını etiraf ediblər.

Həmin şəxslərin ətrafında aparılan istintaq hərəkətləri zamanı Z.Pənahovun törətdiyi digər oğurluq faktlarının üstü də açılıb. Belə ki, araşdırmalar zamanı məlum olub ki, həmin şəxs ötən ilin dekabr və cari ilin fevral ayı ərzində müxtəlif vaxtlarda şəhər ərazisində yerləşən beş fərdi yaşayış evindən müxtəlif növ təmir-tikinti alətləri və materialları, velosiped, akkumulyator və səs gücləndirici oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 3480 manat maddi ziyan vurub.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir