Dünya

Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 100-ə yaxınlaşır

Sharing is caring!


Filippinin cənubundakı Davao de Oro əyalətindəki mədən şəhərciyində fevralın 6-da baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb.

Fəlakət Riskinin İdarə Edilməsi Bürosunun məlumatına görə, xilasedicilər hələ də itkin düşən daha 9 nəfərin axtarışlarını davam etdirirlər.

Təbii fəlakət nəticəsində 32 nəfər yaralanıb.

Qeyd edək ki, Qlobal Fəlakət Riski İndeksinə görə, Filippin dünyada təbii fəlakətlərə ən çox məruz qalan ölkələr siyahısında birinci yerdədir.

Mənbə: Russian.News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir