İdman

“Formula 1” Türkiyə Qran-Prisi bərpa edilə bilər

Sharing is caring!


Türkiyə Avtomobil İdmanı Federasiyasının prezidenti Eren Uçlertoprağı 2026-cı ildən etibarən Türkiyə Qran Prisini Formula 1 təqviminə qaytarmaq istədiyini açıqlayıb.

Onun sözlərinə görə, “Formula 1” ilə müqavilələri 2026-cı ildə başa çatan yeddi ölkə var.

“Əgər “Formula 1” müvafiq istəyini ifadə edərsə, çox böyük auditoriyaya və F1 yarışlarına ev sahibliyi etmək təcrübəsinə malik Türkiyəyə qayıda bilər”, – deyə Uçlertoprağı bəyan edib .

Qeyd olunur ki, hazırda Türkiyədə “Formula 1” yarışlarının keçirilməməsinin əsas səbəbləri maliyyələşmə ilə bağlı çətinliklərlə bağlıdır. İndiyədək yarışın Türkiyəyə qaytarılması ilə bağlı artıq bir neçə dəfə qeyri-rəsmi söhbətlər aparılıb.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir