Kriminal

Britaniya vətəndaşından hədə-qorxu yolu ilə pul tələb edən şəxs məhkəmə zalında həbs olunub

Sharing is caring!


Böyük Britaniya vətəndaşı Qrir Kristofer (Greer Christopher) hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovaya hökm oxunub.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda elan olunub.

Hökmə əsasən, Elnarə Nəsrəddinova 11 il müddətinə azadlıqdan məhrum edilib. Yasəmən Məmmədova isə iki il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.

İttihama görə, Elnarə və Yasəmən zərərçəkmiş Qrir barəsində rusvayedici məlumatları yaymaqla hədələyiblər, həmçinin ona məxsus rəsmi sənədləri əldə ediblər.

Elnarə ötən il martın 26-da Qriri Fəvvarələr meydanının yanında görüb. Britaniya vətəndaşı ilə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib. Elnarə həmin kişini mənzilinə aparıb. Orada Yasəmənlə birlikdə yatağa giriblər.

Amma cinsi aktı başa çatdıra bilməyiblər. Bu zaman Elnarə Qririn çılpaq fotolarını çəkib. Daha sonra isə onu şantaj ediblər. Hədə-qorxu yolu ilə Qrirdən 205 min 823 manat alıblar.

İstintaq orqanı tərəfindən Elnarəyə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə, Yasəmənə qarşı isə CM-in 178.2.1-ci maddəsi ilə ittihamlar elan edilib.

Qeyd edək ki, zərərçəkmiş Böyük Britaniya vətəndaşı Qrir Kristofer Bakıda özəl şirkətlərdən birində müqavilə əsasında işləyib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir