Kriminal

Ağcabədi sakini ödəmə terminalından səkkiz min manat oğurluğa görə tutulub

Sharing is caring!


Ağcabədi rayonunda ötən il ödəmə terminalından oğurluğa cəhd etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, ötən ilin avqust ayında mağazaların birində yerləşən içərisində 8 860 manat pul olan ödəmə terminalından oğurluğa cəhd edilməsi ilə bağlı Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, rayon sakini Nahid Kərimov olduğu müəyyən edilib. O, Bakı şəhəri ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir