Dünya

Belqorodda qəzaya uğrayan hərbi təyyarənin “qara qutu”ları tapıldı

Sharing is caring!


Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan “İl-76” təyyarəsinin hər iki “qara qutu”su aşkar edilib.

Bu barədə fövqəladə hallar xidmətləri məlumat verilib.

Söhbət uçuş parametrlərini qeyd edən cihaz və səsyazan qurğudan gedir. Hər iki cihaz təyyarənin quyruq hissəsində olub.

Bildirilir ki, “qara qutu”lar müstəntiqlərə təhvil verilib.

Xatırladaq ki, qəza yanvarın 24-də baş verib. Hərbi təyyarənin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş və mübadilə üçün aparılan 65 hərbçisi, üç müşayiətçi və altı heyət üzvü olub. Onların hamısı ölüb.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir