Kriminal

Şəmkirdə “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb

Sharing is caring!


Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində odlu silah və onun komplekt hissələrini satmaqda şübhəli bilinən rayon sakini Famil İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan bir ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, bir ədəd həmin avtomata məxsus daraq və 13 ədəd 7,62 mm-lik patron aşkar edilib. F. İsmayılov ifadəsində silahı bir müddət əvvəl tapdığını və satmaq məqsədilə saxladığını etiraf edib.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Rəşad Rzayev də saxlanılıb. Şübhəli şəxsin üzərindən və yaşadığı evdən marixuana aşkar edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir