Dünya

İstanbulda ticarət mərkəzində yanğın – VİDEO

Sharing is caring!

Türkiyənin İstanbul şəhərində “Metrocity” ticarət mərkəzində yanğın baş verib.

Leventdə günorta vaxtı naməlum səbəbdən ticarət mərkəzinin damında yanğın başlayıb.

Binadan qalxan tüstü kilometrlərlə uzaqdan da görünüb.

Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu yanğınsöndürən və səhiyyə qrupu göndərilib. Tüstü səbəbilə binadakı insanlar təxliyə ediliblər.

Təxminən 1 saatdan sonra yanğın nəzarət altına alınıb. İlkin məlumata görə, yanğın zamanı ölən və yaralananlar olmayıb. Lakin tüstüdən zərər çəkənlərin olduğu bildirilib. Yanğınsöndürmə briqadası işinə davam edir.

Mənbə: DHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir