Siyasət

Füzuli sakini: “Əmin idik ki, bir gün öz yurdumuza qayıdacağıq”

Sharing is caring!


“Biz heç vaxt inamımızı itirmədik, əmin idik ki, bir gün öz yurdumuza qayıdacağıq”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün  Züleyxa Əli qızı Məmmədova deyib.

O bildirib ki, doğma yurdu ilə bağlı heç nə xatırlamır:

“Çox həyəcanlıyam, çünki mən Füzuli ilə bağlı heç nə xatırlamıram. Çünki torpağımızı məcburən tərk edəndə yaşım çox az idi, amma bu gün öz gözümlə görməyə gedirəm. Ailəmlə, övladlarımla birlikdə gedirəm. Müşfiqabad qəsəbəsində yaşayırdıq. Dövlətimiz bizi evlə təmin etmişdi. İndi isə Füzuliyə qayıdırıq. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha 30 ailə, 106 nəfər öz doğma yurduna köçürülüb. Bununla da ümumilikdə 440 ailənin (1 625 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir