Dünya

Antalya çimərliklərində son beş gündə altı meyit tapılıb

Sharing is caring!


Bu həftə Türkiyənin Antalya vilayətinin sahillərində aşkarlanan meyitlər qayığı batan qeyri-qanuni miqrantlara aid ola bilər.

Məlumata görə, təkcə son beş gündə Antalyanın Alanya və Manavqat bölgələri çimərliklərində altı kişi və qadın meyiti sudan çıxarılıb.

İlkin hesablamalara görə, onlar uzun müddət suda qalıblar.

Məhkəmə-tibb ekspertləri hələ ki qurbanların kimliyini müəyyən etməyiblər.

Qeyd edək ki, Antalyanın qərbində yerləşən Egey dənizi Avropaya aktiv qeyri-qanuni miqrasiya yolu olaraq qalır. Bölgədəki Türkiyə Sahil Mühafizəsi mütəmadi olaraq qeyri-qanuni mühacirləri daşıyan qayıqların qarşısını alır və ya qayıqları batan insanları xilas edir.

Mənbə: Habertürk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir