Kriminal

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsində şahidlər dindirilib

Sharing is caring!


Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxs video-konfrans vasitəsilə qatılıb.

Məhkəmədə şahidlər dindirilib.

Proses yanvarın 30-da davam etdiriləcək.

Qeyd edək ki, T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Keçmiş rəis külli miqdarda rüşvət almaqda ittiham edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir