Kriminal

Bakıda 20 yaşlı gəncə dostu altı bıçaq zərbəsi vurub

Sharing is caring!


Bakının Sabunçu rayonunda gənc oğlana çoxsaylı bıçaq zərbələri vurulub.

“Report”un məlumatına görə, iki dost arasında dava qanla bitib.

Belə ki, 2003-cü il təvəllüdlü Qiyas Süleymanov dava zamanı dostu tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müxtəlif yerlərində altı ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Qeyd edək ki, Q.Süleymanovun yaxınlarından aldığımız məlumata görə, bıçaqlanma söyüş üstündə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir