Cəmiyyət

Azərbaycanda DƏHŞƏT: Dərman istəyən arvadını döyərək öldürdü – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!


“Bacımı əri ilə qayınanası döyüblər”.

Bunu Lent.az-a açıqlamasında Ağstafada döyülərək öldürülən 35 yaşlı Günel Məmmədovanın qardaşı Ramin Həsənov deyib.

“Bacımın uşağı xəstəlikdən əziyyət çəkir. Ona görə də dövlət onun aylıq dərmanlarının alınması üçün 300 manat müavinət təyin edib. Ailə də hər ay həmin kartdan 260 manatı çıxarıb kreditə verirdi. Aprelin 8-də bacım Günel əri Məmmədov Ayaz Kərəm oğluna deyib ki, kartdan pul çıxarmağa gedirsən onsuz, elə uşağa dərman da al. Əri də deyib ki, dərman 20 manatdır. Bahadır, necə alım? Həmin məsələyə görə Ayazla anası Güneli döyüblər. Təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbə endiriblər. Bacımın ağzından və qulağından qan gəlirdi”, – R.Həsənov bildirib.

Onun sözlərinə görə, Günel Məmmədova aprelin 8-dən xəstəxanada yatıb:

“Dünən axşam artıq can verirdi. Ağsaqqallar məsləhət etdilər ki, evə gətirək. Bu gün səhər Dağ Kəsəmən kəndində, mənim evimdə vəfat etdi”.

10:44

Ağstafa rayonunda ər arvadını döyərək öldürüb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Ayaz Məmmədov münaqişə zəminində arvadı, rayonun Dağ Kəsəmən kənd sakini Günel Həsənovanı təpik və yumruq zərbələri ilə vuraraq döyüb. Bədəninin müxtəlif nahiyələrində ağır xəsarət almış yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Günel Həsənova bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, hadisəyə səbəb qadının ərindən aptekdən dərman almasını istəməsi olub.

Cütlüyün bir azyaşlı qız övladı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir