Dünya

Türkiyə vətəndaşlarına Həcc ziyarətinə qadağa qoyulması ilə bağlı iddialara CAVAB

Sharing is caring!


Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan, lakin ləğv olunan “Fənərbağça” – “Qalatasaray” oyunundan sonra Türkiyənin sosial şəbəkələrində guya Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Türkiyə vətəndaşlarına Həcc ziyarətinə qadağa qoyması ilə bağlı məlumatlar dərc edilməyə başlayıb.

Məsələyə Türkiyədə fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Rabitə Mərkəzi Müdirliyi aydınlıq gətirib.

Qurumun məlumatında qeyd olunur ki, Türkiyə vətəndaşlarının Həcc ziyarətinə gətmək qadağası ilə bağlı iddiaların heç bir əsası yoxdur.

“Hər iki ölkədən Türkiyə vətəndaşlarının Səudiyyə Ərəbistanına Həcc ziyarətinə getməsinə mane ola biləcək rəsmi açıqlama və ya qərar yoxdur”, – Dezinformasiyaya Qarşı Mübarizə Rabitə Mərkəzi Müdirliyinin yaydığı bəyanatda qeyd olunur.

Xatırladaq ki, “Qalatasaray”la “Fənərbağça” arasında oynanılmalı olan “Türkcell Super Kuboku”nun finalı təxirə salınıb.

Buna səbəb Ər-Riyaddakı qarşılaşma öncəsi Türkiyə himninin səslənməsinə və komandaların Mustafa Kamal Atatürkün “Yudda sülh, cahanda sülh” sitatının yer aldığı pankartla meydana çıxmasına qoyulan qadağa olub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir