Kriminal

Qubada qadın odun parçası ilə qətlə yetirilib: Ən yaxın adamı şübhəli bilinir

Sharing is caring!


Qubada yaşlı qadın öldürülüb.

Quba Rayon Prokurorluğundan Oxu.Az-a bildirilib ki, Bağbanlı kənd sakini, 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə məlumat dekabrın 27-si saat 22 radələrində daxil olub.

Araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb, Zülfüqar İsmixanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir