Cəmiyyət

Laçın sakini: “Ömrümün qalan hissəsini doğma torpağımda keçirəcəyəm”

Sharing is caring!


“Hisslərimi sözlə ifadə etmək çox çətindir”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Kamil Nəcəfov deyib.

O bildirib ki, bundan sonra ömrünün qalan hissəsini Laçın şəhərində keçirəcək:

“Laçında uzun müddət avtobazada işləmişəm. Sonra yurdumuzdan didərgin düşdük. Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşdıq.

Bu gün çox sevinirik ki, doğma yurdumuza qayıdırlq. Artıq pensioner adamam, bundan sonra ömrümün qalan hissəsini doğma torpağımda keçirəcəyəm. Allah Ali Baş Komandanımıza cansağlığı versin, müzəffər Ordumuzu qorusun! Onların sayəsində bu günləri yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!”

Qeyd edək ki, bu gün Laçın şəhərinə növbəti, bu ilin sonuncu köç karvanı yola salınıb. Bununla da Laçın şəhərində 408 ailənin (1 555 nəfər) daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir