Siyasət

12 yaşlı Nail İsazadə: “Laçına qayıtdığımız üçün çox sevinirəm”

Sharing is caring!


“Atamın Laçın haqqında danışdıqlarını bu gün öz gözlərimlə görməyə gedirəm”.

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən 12 yaşlı Nail İsazadə deyib.

O bildirib ki, bu gün ailəsi ilə birlikdə köç sevinci yaşayırlar:

“Valideynlərim həmişə mənə Laçından danışıblar. Mənə də çox maraqlı idi Laçına getmək, oranı görmək.

Bizə, ailəmizə bu sevinci yaşatdığına görə Ali Baş Komandana, Ordumuza, qazilərimizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin!”

Qeyd edək ki, bu gün Laçın şəhərinə növbəti, bu ilin sonuncu köç karvanı yola salınıb. Bununla da Laçın şəhərində 408 ailənin (1 555 nəfər) daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir