Kriminal

Bakıda yeniyetməyə qarşı cinsi zorakılıq edən əcnəbiyə HÖKM OXUNDU

Sharing is caring!


Bakıda həmyerlisinə – 2009-cu il təvəllüdlü Zəhraya (şərti ad) qarşı cinsi zorakılıq etməkdə təqsirləndirilən Əfqanıstan vətəndaşı Rahimi Mahdiyə hökm oxunub.

“Report” xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda elan olunub.

Hökmə əsasən, R.Mahdi 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, 1989-cu il təvəllüdlü Rahimi Mahdi Bakıda kirayə yaşadığı ünvanda yeni doğulmuş övladının 40 gününün çıxması münasibəti ilə məclis keçirib. O, cinsi istəyini pozğun formada təmin etmək məqsədi ilə özünün yataq otağında 2009-cu il təvəllüdlü tanışının köməksiz vəziyyətindən istifadə edib. Bu zaman R.Mahdi yeniyetmənin əli ilə qolundan dartaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Qeyd edək ki, hadisə 2019-cu il iyunun 21-də olub. O, zərərçəkmişin qanuni varislərinin şikayəti əsasında həbs olunub.

R.Mahdiyə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir