İdman

Əyyub Allaş: “Daha güclü və aqressiv qayıdacağıq” – MÜSAHİBƏ

Sharing is caring!


 “Daha güclü və aqressiv qayıdacağıq”.

Bu sözləri Futbolinfo.az saytına müsahibəsi zamanı “Qəbələ”nin yarımmüdafiəçisi Əyyub Allaş deyib. Həmin müsahibəni təqdim edirik:

– Sonuncu oyunda “Zirə”yə 0:1 hesabı ilə uduzdunuz. Artıq komanda xal qazanmaqda da çətinlik çəkir…

– Düzdür, onlarla oyunda məğlub olduq, amma düşünürəm ki, biz bəxtsiz günümüzdə idik. Bir az şansımız gətirsəydi, qələbə qazana bilərdik. Penalti bizi “öldürdü”.

– Mövsümü sizin üçün bərbad adlandırmaq olar?

– Mövsümə yaxşı başlamamışıq. Bizim üçün hələ ki, heç nə yaxşı getmir. Amma mən komandaya inanıram. Düşünürəm ki, vəziyyəti dəyişə bilərik. Bizim ciddi problemimiz yoxdur. Qələbə qazanmaq üçün daha yaxşısını etməliyik. Ümid edirəm ki, qalibiyyətlər gələcək.

– Komandanın problemi nədir?

– Biz yaxşı oynayırıq. Qol şansları yaradırıq, amma istifadə edə bilmirik. İndi qol vurmağa fokuslanmalıyıq. Bizə yaxşı oyundan çox nəticə lazımdır. Bəzən çox asan qollar buraxırıq. Bəlkə də daha çox konsentrasiya olmaq lazımdır.

– Vəziyyəti dəyişmək üçün nə edəcəksiniz?

– İndi sadəcə, üzərimizdə daha çox işləməliyik. Birlikdə səhvlərimizdən nəticə çıxarmalıyıq. Özgüvəni artırmalıyıq. Mentaliteti dəyişməliyik.

– Milli komandalara görə yaranan fasilə sizin üçün nələrisə dəyişmək üçün fürsət ola bilərmi?

– Əlbəttə, bu fasilə bizim üçün yaxşı fürsət olacaq. Bir balaca məğlubiyyətləri, pis nəticəni unutmaq olar. Çempionat başlayanda daha güclü və aqressiv qayıdacağıq.

– Son beş oyunda cəmi bir xal sizin motivasiyanızı aşağı salır?

– Bilirəm ki, bu, yaxşı nəticə deyil. Amma bilirsiniz ki, biz turnir cədvəlinin sonuncu pilləsindəyik və itiriləcək heç bir şeyimiz yoxdur. Ancaq yuxarılara qalxmaq üçün çalışmalıyıq. Bunu birlikdə edəcəyik.

– Azərbaycan yığması AÇ-2024-ün seçmə mərhələsində İsveç və Belçikaya qarşı oyunlar keçirəcək. Sizcə, komandamız nəticə qazana bilərmi?

– Mən Azərbaycan yığmasının oyunlarına baxmağı xoşlayıram. Onu deyim ki, bu qrup çox çətin qrup idi. Ümid edirəm ki, son oyunlarda xal qazana biləcəksiz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir