Kriminal

Bakıda 80 min manatlıq inşaat materialları oğurlayanlar saxlanıldılar

Sharing is caring!


Bakının Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80 min manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir