İdman

Azərbaycan – İsveç oyununa satılan biletlərin sayı açıqlanıb

Sharing is caring!


AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveç oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, bu günə qədər 3 120 azarkeş bilet əldə edib.

Qiymətlər 3-cü kateqoriya üçün 5, 2-ci kateqoriyaya 10, 1-ci kateqoriyaya 15 manat təşkil edir. VİP biletlər isə 30, 50 və 200 manatdır.

Azarkeşlər “Gənclik Mall”, “28 Mall”, Heydər Əliyev Sarayının kassası, “Köşk No1” (metronun “Sahil” stansiyası, M.Rəsulzadə 3), “Köşk No2” (Bülbül prospekti, Nizami küç.), 1 Saylı “ASAN xidmət” mərkəzi, 2 Saylı “ASAN xidmət” mərkəzi, 3 Saylı “ASAN xidmət” mərkəzi, 4 Saylı “ASAN xidmət” mərkəzi və 1 Saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzindən bilet ala bilərlər.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir