Kriminal

Nizami rayonunda tapança satmaq istəyən şəxs saxlanılıb – VİDEO

Sharing is caring!


Vətəndaşlarda olan odlu silah-sursatın könüllülük əsasında təhvil verilməsi və əməliyyat yolu ilə əldə olunması istiqamətində polis əməkdaşları tərəfindən aparılan tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən daha bir nəfər müəyyən edilib. Nəticədə əvvəllər məhkum olunmuş, müxtəlif cinayətlər törətməkdə şübhəli bilindiyi üçün axtarışda olan 1984-cü il təvəllüdlü Yevlax rayon sakini Seymur Mustafayev saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, üç ədəd patron və bir ədəd sandıqça aşkar edilərək götürülüb. S.Mustafayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. 

Faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir