Siyasət

Ukraynalı deputat: “Azərbaycan separatizm üzərində qələbəsi ilə fəxr edə bilər”

Sharing is caring!


“Azərbaycan separatizm üzərində qələbəsi ilə haqlı olaraq fəxr edə bilər, heç kimin sərhədi pozmağa haqqı yoxdur”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” Partiyasından olan deputat Yuri Kamelçuk bildirib.

“Azərbaycanın suverenliyini bərpa etməsi bu cür problemləri yaşayan ölkələr üçün nümunə və böyük ümiddir. Ukrayna öz müstəqilliyini bərpa etmək və o cümlədən Krımı, Donbası və 1991-ci ilə qədər mövcud olan bütün ərazilərini geri qaytarmaq prosesindədir. Azərbaycan nümunəsi isə Ukrayna üçün son dərəcə vacibdir. Ona görə də Azərbaycanın separatizm üzərində qələbəsini təbrik edirik! Azərbaycanın və bütün xalqının taleyi əbədi olaraq şərəfli olsun!”, – deputat əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir