Kriminal

Küçədə anasını qətlə yetirən şəxs yenidən hakim qarşısına çıxarıldı

Sharing is caring!


Ali Məhkəmədə anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 7-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib.

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İ.Məmmədzadə ilə mübahisə edib. Nəticədə oğul anasını qətlə yetirib. İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir