Dünya

Zəlzələ bölgəsindən qayıdan türkiyəli aktyor “Instagram”ını “təmizlədi”: Sənətçi dostlarını sildi – FOTO

Sharing is caring!

Məşhur türkiyəli aktyor Uraz Kaygılaroğlu “Instagram” hesabında 400 nəfəri izləmədən çıxarıb.

Uraz Kaygılaroğlu “Saadet Öğretmen” Uşaq İstismarı ilə Mübarizə Dərnəyinin layihəsi çərçivəsində Qaziantep və Kahramanmaraşda olub və zəlzələ qurbanları olan uşaqları ziyarət edib.

Məşhur aktyor səfərdən qayıtdıqdan sonra “Instagram” hesabını “təmizləmək” qərarına gəlib və 400 nəfəri izləmədən çıxarıb.

Uraz Kaygılaroğlunun izləmədən çıxardıqları arasında türkiyəli aktyorlar Engin Öztürk, Demet Özdemir, Aras Bulut İynemli kimi adlar da var.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir