İdman

AFFA rəsmisi UEFA-dan təyinat alıb

Sharing is caring!


AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan təyinat alıb.

Milli assosiasiyanın rəsmi saytının yaydığı məlumata görə, o, 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin matçlarında iştirak edəcək.

Z.Ağayeva Bosniya və Herseqovina, Lixtenşteyn, Estoniya və Cəbəllüttariqin yer aldığı B qrupu görüşlərində UEFA nümayəndəsi olacaq.

Oyunlar oktyabrın 24-dən 30-dək Bosniya və Herseqovinada baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir