Kriminal

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNDU

Sharing is caring!


Bakının Yeni Günəşli yaşayış massivində qəsdən adam öldürməkdə təqsirləndirilən Samir Kərimova hökm oxunub.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, S.Kərimov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə bu ilin aprelində paytaxtın Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü S.Kərimovun 1970-ci il təvəllüdlü Müşfiq Rəcəbovu küt alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Kərimov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir