Kriminal

Tanınmış jurnalistin həyat yoldaşının intiharı ilə bağlı DETALLAR

Sharing is caring!


Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədlinin intiharı ilə bağlı bəzi məqamlar bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Orxan Məmmədlinin borc səbəbindən intihar etdiyi iddia olunur.

Belə ki, o, intihar etməmişdən öncə məktub yazıb. Məktubda kimə nə qədər borcu olduğunu qeyd edib.

“Haqqınızı halal edin, mən bu dünyadan gedirəm. Ölümümdə heç kəsi günahlandırmayın”, – məktubda qeyd olunub.

Əldə etdiyimiz məlumata görə, son vaxtlar daha çox ofisdə vaxt keçirir, evə getmirmiş. Dünən heç bir işçisi işə getməyib. O.Məmmədli özünü ofisdə asıb.

Qeyd edək, mərhum Orxan Məmmədli Su İstehlakçıları Birliyinin sədri Dövlətxan Məmmədovun oğludur. Mərhumun iki azyaşlı övladı var.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir