Dünya

Brüsseldə terrorda şübhəli bilinən şəxs məhv edilib – FOTO/VİDEO

Sharing is caring!


Brüsseldə Belçika və İsveç milli komandaları arasında futbol matçının keçirildiyi “Heysel” stadionu yaxınlığında insanlara atəş açan və iki nəfərin ölümündə şübhəli şəxs paytaxt kafelərindən birində məhv edilib.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Eyni zamanda, qeyd edilir ki, məhv edilən şəxsin Brüsseldə İsveç vətəndaşlarını qətlə yetirən şəxs olduğuna tam əminlik yoxdur.

Xatırladaq ki, bazar ertəsi axşam saatlarında Brüsseldə naməlum şəxs iki isveçli futbol azarkeşini öldürüb. Yerli hakimiyyət orqanları, eləcə də Aİ qurumlarının rəhbərləri hücumu terror aktı adlandırıblar. Hadisə ilə əlaqədar Brüsseldə antiterror əməliyyatı rejimi tətbiq edilib.

Cinayətdən əvvəl hücumçu sosial şəbəkələrdə video yayaraq adının Slayem Sluma və özünün İŞİD üzvü olduğunu elan edib.

Mənbə: VRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir