Dünya

ABŞ İsrail sahillərinə iki min dəniz piyadası göndərir

Sharing is caring!


ABŞ İsrail sahillərinə dəniz piyadalarından ibarət çevik reaksiya komandalarını göndərir.

Bu barədə CNN Pentaqondakı mənbəyə istinadən xəbər verib.

“Dəniz piyadalarının Çevik Reaksiya Qüvvələri İsrail sahillərinə doğru gedir. İki min dəniz piyadası və dənizçi İsrailə toplaşan hərbi-dəniz qüvvələrinə qoşulacaq”, – deyə mənbədən bildirilib.

Bundan əvvəl mediada xəbər verilib ki, ABŞ hökuməti regional münaqişənin daha da böyüməsinin qarşısını almaq üçün Yaxın Şərqdəki qüvvələrini iki dəfə artırır.

Həmçinin “Air Force Times” Pentaqondakı mənbəyə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar eskalasiyanın qarşısını almaq, İran və radikal regional qruplaşmaların HƏMAS-la İsrail arasında münaqişəyə müdaxiləsindən çəkindirmək üçün Yaxın Şərqə hərbi təyyarələr göndərib.

Xatırladaq ki, oktyabrın 11-də ABŞ İsrail sahillərinə daha bir aviadaşıyıcı yerləşdirmək qərarını elan edib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, ikinci aviadaşıyıcı ilə bağlı qərar hələ qəbul edilməyib, lakin gəmi ilk aviadaşıyıcı “USS Gerald R. Ford”un olduğu istiqamətdə hərəkət edir.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir