Kriminal

Bakıda narkotik satışında təqsirləndirilən şəxsə hökm oxunub

Sharing is caring!


Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Kənan Əliyevə hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Xatırladaq ki, dövlət ittihamçısı K.Əliyevin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, K.Əliyev ötən ilin oktyabrında Qaradağ rayonu ərazisində saxlanılıb.

Belə ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı ondan 10 kq heroin aşkar edilərək saxlanılıb.

Ona qarşı 234.4.1, 234.4.3 (Qanunsuz olaraq psixotrop maddələrini əldə etmə, saxlama) maddələri ilə ittiham olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir