Dünya

İsrail Müdafiə Qüvvələri nümayəndəsi Qəzza zolağında məhv edilən hədəflərin sayını açıqladı: Son rəqəmlər

Sharing is caring!


“Müharibənin üçüncü günü başlayandan İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 1200-ə yaxın hədəfi məhv edib”.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat verib.

Onun verdiyi məlumata görə, son 20 saat ərzində İsrail Müdafiə Qüvvələri Qəzza zolağına 4 hava hücumu həyata keçirib və hücum zamanı 800-dən çox hədəfə zərbə endirilib. Hər hücum dalğasına 50-60 qırıcı təyyarə cəlb edilib.

Müharibə başlayandan bəri Hərbi Hava Qüvvələri aviasiyası Qəzza zolağına ümumilikdə 2000-ə yaxın sursat və 1000 tondan çox bomba atıb.

“Hücumun ilk dalğası dünən saat 15:00-da həyata keçirilib və təxminən bir saat yarım davam edib. Bu müddət ərzində Hərbi Hava Qüvvələri Beyt-Hanun şəhərindəki 120 hədəfə yüzlərlə ton sursat atıb.

Hücumun ikinci dalğası dünən saat 21:00-da baş verib. Təxminən bir saat yarım davam edib və Hərbi Hava Qüvvələri bu müddətdə Qəzza şəhərində bütün Sadjaya boyunca təxminən 120 hədəfə 100 ton sursat atıb.

Hücumların üçüncü dalğası bu gün axşam saat 01:00-da baş tutub və təxminən 25 hədəfə, o cümlədən 20 hərbi obyektə hücum olub. 

Hücumların dördüncü dalğası bu gün səhər tezdən sona çatıb və bu müddət ərzində Hərbi Hava Qüvvələri Qəzza zolağı boyunca 500-dən çox hədəfə zərbə endirib.

Ümumilikdə, müharibənin üçüncü günü başlayandan İsrail Hərbi Hava Qüvvələri eni və uzununa bütün Qəzza zolağı boyu 1200-ə yaxın hədəfi məhv edib. İstənilən vaxt Qəzza zolağı üzərində onlarla təyyarə uçur”, – deyə SAXAL nümayəndəsi qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir