İdman

Musa Qurbanlı milli komandadan ayrı düşdü

Sharing is caring!


Musa Qurbanlı futbol üzrə Azərbaycan millisinin qarşıdakı oyunlara hazırlıq məqsədi ilə təşkil olunan Bakıdakı toplanışına qoşulmayacaq.

Oxu.Az xəbər verir ki, İsveçin “Yurqorden” klubunda çıxış edən forvard birbaşa Estoniya ilə matç üçün sözügedən ölkəyə yollanacaq.

Buna səbəb onun İsveçdən Azərbaycana gəlməsinin çətin olmasıdır. Baş məşqçi Canni De Byazi oyunçunun yorğun olacağını nəzərə alaraq buna ehtiyac duymayıb. M.Qurbanlı İsveçdən birbaşa daha yaxın ölkə olan Estoniyaya gedəcək və orada komandaya qoşulacaq.

Digər futbolçular isə bu gün bir araya gələcəklər. Komanda oktyabrın 11-də Estoniyaya gedəcək.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Estoniya – Azərbaycan görüşü oktyabrın 13-də təşkil olunacaq. Oktyabrın 16-da isə yığmamız Bakıda Avstriyanı qəbul edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir