Dünya

Türkiyədə avtobusda halı pisləşən gənci sürücü xilas etdi – VİDEO

Sharing is caring!


Türkiyədə sərnişin avtobusunda halı qəfil pisləşən gəncin həyatı sürücünün cəld reaksiyası sayəsində xilas olub. Baş verənlər müşahidə kamerasına düşüb.

Məlumata görə, hadisə Qaziantepdə yaşanıb.

Sürücü sərnişinlərdən birinin huşunu itirdiyini görüb marşrutu dəyişib və avtobusu yaxınlıqdakı xəstəxanaya çatdırıb.

Tibbi müəssisədə 33 yaşlı Burak Şimşəkin infarkt keçirdiyi aydın olub.  Həkimlərin sözlərinə görə, bir az da gecikilsəydi, xəstənin həyatını xilas etmək mümkün olmazdı.

Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu vurğulanıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir